Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanov avtomobil qəzasına düşüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Perm diyarının Usolsk rayonu ərazisində baş verib.

İfaçı "Instagram" səhifəsində yazıb ki, qəzaya avtomobilin təkərlərinin yoldakı çuxurda zədələnməsi səbəb olub.

"Elə indicə qəzaya düşdük. Yolda iki çuxur var. Birindən çıxan armatur avtomobilimin iki təkərini deşdi. Hamı ehtiyatlı olsun", - deyə müğənni yazıb.