Bakıda gecə klubunda dava düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən gecə klublarından birində qeydə alınıb. Klubda əylənən Türkiyə vətəndaşları Uğur Mutlu və Orhan Hikmet Resul bir-birlərinə xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.