İraq mərkəzi hökumətinə bağlı olan ordu birlikləri Kərkükdən sonra Mosula doğru irəliləyir.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, İraq ordusu bu gün səhər saatlarında Mosulun Sincar rayon mərkəzinə daxil olub: "Artıq rayon mərkəzinə də nəzarət tam bərpa edilib".

Qeyd edək ki, Sincar İraq Kürd Muxtariyyətinin nəzarətində idi.

"Reuters"in məlumatına görə, İraq ordusu eyni zamanda, peşmərgənin nəzarətində oan Avana və Bai Hassan neft ərazilərini də ələ keçirib.