14-17 yaşlarındakı uşaqları intihara cəlb edən oyunun qarşısı alına bilinmir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yüzlərlə uşağın intihar etməsinə səbəb olan "Blue Whale ("Mavi Balina) adlı oyun bütün dünyada təhlükə yaratmağa davam edir.

Mütəxəsisslər də valideynlərə bu mövzuda xəbərdarlıq edib. Bildiriblər ki, "Mavi balina belə sürətlə yayılmağa davam edərsə daha çox uşaq həyatını itirəcək.

Sonu intiharla bitən oyun rus mühəndis Filipp Budeykin tərəfindən dizayn edilib. Bu oyun tez zamanda bütün sosial şəbəkələrdə yayılıb.

Oyunun məzmunu isə çox dəhşətlidir. 50 mərhələdən ibarət internet oyununu tərk etməməsi üçün uşaqları ailəsiylə təhdid edirlər. Belə ki, hər mərhələdə uşağa daha çətin təlimatlar verilir. Çox vaxt isə özünə zərər verəcək təlimatlar da olur.

Növbəti etablarda tələblər daha da şiddətlənir.

Məsələn: "Davam etmək istəyirsənsə ülgüclə ayağına "bəli sözünü cizərək yaz və şəklini bizə at- deyilir.

Uşaqlar da bunu etmək məcburiyyətində qalır. Hətta "səhər erkən qalx, binanın damına çıx, bir müddət ən ucda dayan. Bunu etdiyini isə bizə sübuta yetir deyilir.

28-ci mərhələdə "Bu gün ərzində heç kimlə danışma tələbi irəli sürülür.

40-cı mərhələ isə çox qəribədir. Belə ki, uşaq özü kimi çarəsiz, yazıq vəziyyətə düşmüş uşaqlarla ünsiyyət qurmalıdır. Onlarla danışaraq bir-birindən ilhamlanmalı və sona qədər addımlamalıdır.

Oyunun sonuncu mərhələsi isə intihara aparan əsas səbəbdir. Uşağa ən yüksək yerdən özünü ataraq, ya da biləklərini kəsərək intiharı təmin edilir. Bu hissədə uşaqları sanki cəsarətləndirirmiş kimi "Sən bu ölümdən sonra yenidən dünyaya gələcəksən. Bu cür yazıqlıqdan, çirkinlikdən qurtulmuş bir insan kimi yenidən doğulacaqsan sözləri ilə aldadırlar. Buna inandırılırlar və uşaq sonda intihar etmək məcburiyyətində qalır.