Çempionlar Liqasının E, F, G və H qruplarında növbəti oyunlar keçiriləcək.

Unikal.org xəbər verir ki, günün ən maraqlı oyunlarından biri F qrupunda keçiriləcək. Lider "Mançester Siti qrupun favoritlərindən "Napolini qəbul edəcək. Bu oyunda qazanılacaq qələbə "şəhərliləri 1/8 finala bir xeyli yaxınlaşdıracaq.

G qrupunda isə qrupda keçirdiyi hər iki oyunu qələbəylə başa vuran "Beşiktaş son Fransa çempionu "Monakonun qonağı olacaq. Şenol Günəşin yetirmələri "II Lui stadionunda keçiriləcək matçdan ən azı heç-heçə ilə ayrılaraq liderliyini qoruyub saxlamağı planlaşdırır. "Knyazlıq klubu isə doğma azarkeşləri önündə keçiriləcək matçda qələbə qazanmaqla, ötən turda "Portuya böyük hesablı ev məğlubiyyətini (0:3) unutdurmağa çalışacaq.

Günün ən maraqlı oyunlarından biri də Madriddə keçiriləcək. İlk iki turu qələbəylə başa vurmuş "Real və "Tottenhem "Santyaqo Bernabeu stadionunda münasibətlərinə aydınlıq gətirəcəklər.

E qrupu
22:45 Maribor (Sloveniya) - Liverpul (İngiltərə)
Cəzalı: Yoxdu
Zədəli: Şme (Maribor), Lallana, Mane (hər ikisi "Liverpul), Şuler (şübhəli, "Maribor), Boqdan, Klayn (şübhəli, "Liverpul)
Baş hakim: Viktor Kassai (Macarıstan)
Yer: Maribor. "Lyudski vrt stadionu
22:45 Spartak (Rusiya) - Sevilya (İspaniya)
Cəzalı: Yoxdu
Zədəli: Ze Luiş, Rebrov, Zobnin, Tiqiyev (hamısı "Spartak), Karrisu, N Zonzi, Parexa (hamısı "Sevilya), Timofeyev (şübhəli, "Spartak)
Baş hakim: Canluka Rokki (İtaliya)
Yer: Moskva. "Otkritie Arena

F qrupu
22:45 Mançester Siti (İngiltərə) - Napoli (İtaliya)
Cəzalı: Yoxdu
Zədəli: Mendi (Mançester Siti), Milik (Napoli), Kompani (şübhhəli, "Mançester Siti)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Yer: Mançester. "Siti of Mançester stadionu
22:45 Feyenoord (Hollandiya) - Şaxtyor (Ukrayna)
Cəzalı: Yoxdu
Zədəli: Botteqin, Van Der Heyden (hamısı "Feyenoord), Krivtsov, Malışev, Srna (hamısı "Şaxtyor), Vermeer (şübhəli, "Feyenoord)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Yer: Rotterdam. "Feyenoord stadionu

G qrupu
22:45 Monako (Fransa) - Beşiktaş (Türkiyə)
Cəzalı: Yoxdu
Zədəli: Badiaşil, Yovetiç (hamısı "Monako), Nukan Atınç, Gökhan Törə, Orkan Çınar (şübhəli, hamısı "Beşiktaş)
Baş hakim: Milorad Majiç (Serbiya)
Yer: Monako. "II Lui stadionu
22:45 Leyptsiq (Almaniya) - Portu (Portuqaliya)
Cəzalı: Yoxdu
Zədəli: Koltorti (Leyptsiq), Soares (Portu)
Baş hakim: Paolo Taqliavento (İtaliya)
Yer: Leyptsiq. "RB Arena

H qrupu
22:45 APOEL (Kipr) - Borussiya D (Almaniya)
Cəzalı: Yoxdu
Zədəli: Jivko Milanov, Corc Efrem (hamısı APOEL), Karlao, Roberto Laqo, Roland Sallai, Fakundo Bertolio, Vinisius (şübhəli, hamısı APOEL), Lukaş Pitsçek, Marsel Şmeltser, Erik Durm, Rafael Qerrero, Sebastian Rode, Andre Şürrle (hamısı "Borussiya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Yer: Nikosiya. GSP stadionu
22:45 Real (İspaniya) - Tottenhem (İngiltərə)
Cəzalı: Dele Alli (Tottenhem)
Zədəli: Dani Karvaxal, Mateo Kovaçiç, Qaret Beyl (hamısı "Real), Viktor Vanyama, Musa Dembele (Tottenhem), N Kodu, Denni Rouz, Ben Deyvis (şübhəli, hamısı "Tottenhem),
Baş hakim: Şimon Marçinyak (Polşa)
Yer: Madrid. "Santyaqo Bernabeu stadionu

Bombardirlər: Harri Keyn (Tottenhem) - 5, Ben Yedder (Sevilya) - 4. Ronaldo (Real) - 4.