Azərbaycan Sosial Demokrat Partiyasının sədri deputat Araz Əlizadə oğlu Səməd Əlizadənin beynəlxalq məsələlər üzrə müavini təyin edilməsinə münasibət bildirib.

O, Unikal.org-a xatırladıb ki, oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib, özü yenidən sədr, övladı isə səsvermə yolu ilə müavini təyin edilib:

"Özümdə oğlumun müavinim olmasına səs verdim. Övladım bankların birində çalışır və öz işini çox sevir. Hazırda aspiranturada oxuyur. Allah eləsin ki, işində  müvəffəqiyyət qazansın. Həmçinin, Azərbaycan Sosial Demokrat Partiyasında fəxri katib vəzifəsini də daşıyırdı. Bu dəfə qurultay keçirildi və müavinim seçildi.

A.Əlizadə övladının gələcəkdə partiyanın sədri və millət vəkili vəzifəsinə seçilməsi fikri varmı sualımıza belə cavab verib: "Başa düşmədim. Nəyə görə hammınız mənim getməyimi və övladımın yerimə gəlməyini soruşursuz? Gələcəyi gələcək göstərər.