Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Atletikonu qəbul edəcək "Qarabağın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

"Rəqib barədə çox danışmağa ehtiyac yoxdu. "Atletikonu hamımız yaxşı tanıyırıq. Son 4 ildə iki dəfə Çempionlar Liqasının finalına çıxıblar, İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadı. Ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq".