Peşə seçərkən qazanılan pul hər zaman diqqət çəkib. 

Unikal.org xarici mətbuata istinadən dünyada ən yüksək maaşları olan peşə sahələrini təqdim edir:

1. Sosial mühəndis - Bu işlə məşğul ola bilmək üçün idarəçilik bilgiləri və insan psixologiyası haqqında məlumatlı olmaq lazımdır. Bundan əlavə, digər böyük şirkətlərin daxilində çalışan casuslarınızın olması vacibdir.



2. CEO (Baş İcraçı Direktor) - Bu peşə şirkətdə bütün işləyənlərin rəhbəridir. Şirkətdə ən yüksək maaş payı ona düşür.



3. Pilot - Maaşları astranomik həddə olduğu üçün hər kəsin qibtə etdiyi peşə sahəsidir.



4.Marketinq - İnternetin olduğu bir dövrdə bu peşə daha da qazanclı hal alıb.



5. Hava nəqliyyatına nəzarət - Pilotlara yol göstərən, görünməz qəhrəman adlandırılır. Onların da maaşı çox olduqca yüksəkdir.



6. Həkimlik - İnsan həyatı üçün böyük rol oynayan həkimlər də ən çox maaş alanlar sırasındadır. Ən çox da cərrahların qazandığı pul təəccüb doğurur.



7. Şirkət vəkilliyi - Normal vəkillik yox, amma şirkət vəkilliyi ən çox pul qazandıran peşə sahəsidir.



8. Neft Mühəndisləri - Qazma sahəsində işləyən neft mühəndisləri xüsusilə bir çox mühəndisdən daha çox qazanırlar. Tək çətinliklər uzun müddət, bəzən günlər, həftələr evdən uzaq qalmalarıdır.



9. Notariat - Bəzən onlara qaşqabaqlı olduqları üçün əsəbləşirik. Bəlkə də, onların maaşlı işçi olduqlarını düşünürsüz. Amma onların gördükləri iş maaşlarından iki dəfə çoxdur.



10. Tərcüməçilik - Əgər xarici dili mükəmməl bilirsinizsə, hər zaman bir addım öndəsiniz. Tərcüməçilik də çox pul qazandıran sahələr sırasında yer alıb.



11. Bomba məhv etmək üçün dalğıclar - Vəzifəsi dənizin dərinlərinə dalaraq orada yerləşdirilmiş partlayıcıları tapmaq və məhv etməkdir. Dənizin dərinliyindən çıxarkən ən zəngin adamlardan birinə çevrilirsiniz.



12. Psixoloq - İşinizi sevgi və istəklə görsəniz, sevilən bir psixoloq olsanız, bir saata xeyli pul qazana bilərsizniz.



13. Aşpazlıq - Bu peşə də çox pul qazandıran sahələrdəndir.



14. Gəmi kapıtanı - Ən çox uzun yol qət edən gəmi kapitanları yaxşı maaşla diqqət çəkir.



15. Kompüter və İnformasiya Sistemləri üzrə menecer - Bu peşə də ən gəlirli sahələr sırasına adını yazıdırıb.