Bu gün "Bakı Post (http://bakipost.az/) saytı yeni, modern informasiya resursu kimi istifadəyə verilməsindən 1 il ötür.

Unikal.org xəbər verir ki, "Bakı Post, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevrilib. Burada yalnız xəbərlə deyil, həmçinin təhlillər, rəylər, köşə yazarları, mütəxəssis fikirləri ilə də tanış ola bilərsiniz.

Saytın hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir.
 
Qeyd edək ki, saytın baş redaktoru Elçin Zahiroğludur.

http://Unikal.org saytının kollektivi "Bakı Postçuları ad günü münasibəti ilə təbrik edir, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayır!