Türkiyənin Şırnak əyalətində daş kömür mədəninin çökməsi nəticəsində 6 fəhlə ölüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 fəhlə dağıntıların altından sağ xilas edilib.

Bir nəfər isə dağıntılar altında qalıb. Onun xilas edilməsi istiqamətində işlər görülür.

Məlumata görə, bu özəl mədən Şırnak-Cizre avtomobil yolunun 20 km-liyində yerləşir.