Uzun müddət İŞİD-in əlində olan, terrorçuların "paytaxt" elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib.
Unikal.org-un xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan "Directorate 4 məlumat yayıb.
Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb.
Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) nəzarəti altında olduğu bildirilir.