Bu gün intihar edən müəllimənin özünə qəsdinin təfərrüatları məlum olub.

Unikal.org xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, "Enlaytment tədris mərkəzinin rəhbəri olan İradə Əliyevə ofisdə özünü öldürüb.

O, mərkəzin ofisinin sanitar qovşağında lezva ilə sağ qolunu dirsək nahiyəsinin iç hissəsindən kəsərək damarlarını doğrayıb.

56 yaşlı İ.Əliyeva qan itirmədən dünyasını dəyişib.

Qeyd edək ki, ilkin məlumatda onun özünü asaraq intihar etdiyi bildirilirdi.

İradə Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi işləyib.