Bu gün axşam saatlarında metronun Nərimanov stansiyasında təxminən 20-22 yaşlarında olan gənc qız özünü qatarın altına atmaq istəyib.

Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, ətrafdakı insanların köməyi ilə qızı xilas etmək mümkün olub.

Hadisədən sonra gənc qız huşunu itirib.

Metro bələdçisinin çağırışı ilə hadisə yerinə gələn həkim qıza ilk tibbi yardım göstərib.