Gəncə sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, şəhərin Məshəti qəsəbə sakini 1991-ci il təvəllüdlü Verdiyev Xəyal bədənin müxtəlif hissələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətin kafi olduğu bildirilir.
İlkin məlumata görə, X.Verdiyev qonşusu ilə mübahisə edən zaman bıçaq xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.