Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb.

Unikal.org xəbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub.

O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya çoxlu sayda tələbələr gəlir və kirayə mənzil axtarırlar: "Bu baxımdan bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.