Bakının Nizami rayonunda avtobus iki gənc oğlanı vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun Neftçilər stansiyası yaxınlığında baş verib.

Yol kənarında dayanan 1992-ci il təvəllüdlü Rəhimov Fəqani Vəfadar oğlu və eyni yaşlı Əliyev Ruslan Qahir oğlunu avtobus vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.