Bu gün "Qarabağ komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletikosunu qəbul edəcək.

"Qarabağ ilk dəfə İspaniya komandası ilə üz-üzə gələcək. 

Qurban Qurbanovun komandası ÇL-in və Avropa Liqasının qrup mərhələsində keçirdiyi 10 ev oyunundan 2-də qalib gəlib, 4 dəfə uduzub. "Atletiko isə ÇL-də keçirdiyi son 10 səfər görüşündən yalnız 3-də qələbə əldə edib. Madridlilər ötən mövsüm qrup mərhələsində 3 səfər oyunundan 2-də qələbə qazanıb.

Çempionlar Liqası, C qrupu, III tur

18 oktyabr

20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya)
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)
Bakı Olimpiya Stadionu
Xal durumu: "Çelsi - 6, "Roma - 4, "Atletiko - 1, "Qarabağ - 0.