ATV-də "Xanımlar və cənablar devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Unikal.org xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aparıcı Vüsalə Əlizadəni SMS səsverməsinə çıxarıblar.

İştirakçılardan Vüqar Əbdülov aparıcı xanımdan hədəfini açıqlamasını istəyib, əks halda Vüsalə Əlizadəyə qarşı oynayacağını bildirib. "Çünki hədəfdə mən də ola bilərəm, çox güman ki, elə mənəm, - deyə Vüqar Əbdülov əlavə edib. Meyxanaçı pərəstişkarlarından Vüsalə Əlizadənin getməsinə səs istəyərək mübarizəyə qoşulub.

Amma məşhur meyxanaçı, xanım aparıcıya uduzub. 56,44 faiz səs toplayan Vüsalə Əlizadə Vüqarı oyundan uzaqlaşdırıb.