"Danışıqlar substantiv olmalıdır" Məmmədyarov

18 Oktyabr 2017 [13:53]


"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar substantiv olmalıdır".

Unikal.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-də Cenevrədə keçirilən görüşünü şərh edərkən deyib.

"Prezidentlərin birgə bəyantını görmüsünüz. Sarqsyanın bundan sonrakı bəyanatlarına gəlincə, məsuliyyətsizcə bəyanat çərçivəsini aşmaq düzgün deyil. Substantiv danışıqlar aparmalıyıq. Həmsədrlər yaxın zamanlarda xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsini təklif etdi. Əsas odur ki, danışıqlar konkret olmalıdır", - E.Məmmədyarov bildirib.

O, belə bir görüşün yeri və vaxtı barədə daha sonra məlumat veriləcəyini də əlavə edib.










SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)