Vergi orqanlarının büdcədənkənar fonduna 62 mln. manat daxil olub

18 Oktyabr 2017 [14:19]


Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.

Unikal.org qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"ya istinadən xəbər verir ki, 1 oktyabr 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 62 mln. 229,99 min manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 57,86 mln. manat olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində fonda daxil olan vəsaitdən 59 mln. 552,392 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 2 mln. 677,598 min manat təşkil edib.

Xərclərə nəzər saldıqda məlum olur ki, 2 mln. 18,067 min manat ştatda olan işçilərin əmək haqqına, 1 mln. 690,757 min manat ştatdankənar işçilərin əmək haqqına, 28 mln. 866,388 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 7 mln. 37,916 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.

Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş edilməyib.



apa







SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)