Türkiyənin "Trabzonspor klubu baş məşqçi postuna Rza Çalımbayı gətirdiyini rəsmən açıqlayıb.

Unikal.org xəbər verir ki, Trabzon klubu bununla bağlı açıqlama yayıb:

"Klubumuzla Rza Çalımbay arasında baş məşqçi məsələsində anlaşma əldə edilib. Çalımbayla 2017-18 mövsümünün sonuna qədər nəzərdə tutulan razılıq əldə olunub.
Xatırladaq ki, "Trabzonsporun "sükanı arxasına Azərbaycan millisi ilə bu ilin dekabrına qədər müqaviləsi olan Robert Prosineçkinin keçəcəyi gözlənilirdi. Amma görünən odu ki, Trabzon klubu xorvat mütəxəssislə ya anlaşa bilməyib, ya da onun xidmətinə ehtiyac duymayıb.