Qız qaçıran evli kişi danışdı: "İndi çox xoşbəxtəm"

18 Oktyabr 2017 [15:05]


Tərtərdə ailəli olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib.

Unikal.org BakuPost.az-a istinadən xəbər verir ki, o, keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb: "9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedək, ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm.

Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Amma əksini görmək mənə xoş gəlmədi. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir.

O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi otağa girirdi, qapını bağlayıb, qolunu kəsirdi. Sizcə, bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O, buna layiq idi”.

O, həyat yoldaşı ilə münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib: "Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrində idim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın, düz danışsın”.












SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)