"WhatsApp tərtibatçıları əlavədə istifadəçinin real vaxt rejimində yerləşdikləri yer barədə məlumatı qeyd etmək imkanını reallaşdırıblar.

Unikal.org-un ikt.lent.az-a istinadən xəbərinə görə, messencerin rəsmi bloqunda bildirilir ki, geoməlumatlar istifadəçinin harada yerləşdiyi barədə məlumat verməSI üçün ən etibarlı və sadə vasitədir: "Siz dostlarınızla görüşmək, onlara sizin təhlükəsiz yerdə olduğunuz barədə məlumat vermək və öz istiqamət marşrutunuzu bölüşmək üçün geoməlumatlardan istifadə edə bilərsiniz.

Geomövqenin yayımı şifrələnmə ilə müdafiə olunub və istifadəçiyə onun məhz kiminlə - bu, hər hansı əlaqə nömrəsi və qrup da ola bilər, - həmçinin hər hansı vaxta qədər və müddət ərzində məlumatların bölüşməsini müəyyən etməyə imkan verəcək. Geomövqenin ötürülməsi ilə bağlı məlumatı istənilən zaman söndürmək mümkündür.

Geomövqe ilə bölüşmək üçün istifadəçi əlaqə çatını və ya qrupu açmalı, "əlavə etmək düyməsini basıb "Yerləşdiyi yer bəndini əlavə etməli və "Geoməlumatları bölüş seçimini etməlidir. Həmçinin yerləşdiyi yer barədə məlumatın hansı müddətdə yayımlanmasını da seçmək mümkündür. Əgər bir neçə iştirakçı geomövqelərini bölüşəcəklərsə, onlar o zaman eyni xəritədə əks olunacaqlar.

"WhatsAppda bildirirlər ki, yeni funksiya yaxın həftələrdə "Android və iOS əməliyyat sistemlərində istifadəyə veriləcək.
Qeyd edək ki, geoməlumatların yayımı "Telegram messencerində də mövcuddur.