Prezident bu şəxslərə “Vətənə xidmətə görə” orden verdi - ADLAR

18 Oktyabr 2017 [19:48]


Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Şaitdin Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.










SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)