İraq və Səudiyyə Ərəbistanı arasında 27 illik fasilədən sonra aviareyslər bərpa olunub.

Unikal.org-un məlumatına görə, bu barədə İraq Nəqliyyat Nazirliyi elan edib.

Bu gün Bağdad hava limanında 27 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanının təyyarəsi eniş edib. Qeyd olunur ki, bu ölkənin "Flynas aviaşirkəti İraqın müxtəlif regionlarına uçuşlar həyata keçirəcək.