SON XƏBƏRLƏR
23 Yanvar 2018
"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı
İDMAN 21:59 / 18.10.2017

Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

Unikal.org-un məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda "Atletiko” ilə qarşılaşıb.

C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb.

Görüşdə hesab açılmayıb. Hər iki tərəf qol vurmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyiblər.

Dino Ndlovu matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq oyunu erkən tərk etməli olub. "Qarabağ" son 15 dəqiqəni azlıqda keçirsə də, yekunda ilk xalını qazana bilib.