"Qarabağ" 500 min avro qazanıb - heç-heçəyə görə

18 Oktyabr 2017 [22:32]


İspaniya "Atletiko"su ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında etdiyi heç-heçə "Qarabağ"a təkcə 1 xal qazandırmayıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, bu nailiyyət sayəsində Ağdam klubu daha 500 min avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl "Qarabağ" Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.

"Qarabağ" Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada "Atletiko" ilə qolsuz heç-heçə edib.










SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)