Oğlan qıza universitetin bufetində evlilik təklifi edib. Belə bir görüntü son iki gündür sosial şəbəkələrdə böyük maraq doğurub. Əməkdaşlarımız bu cütlüyü tapıblar. Məlum olub ki, oğlan tələbə deyil.

Onlarla tələbənin yanında diz çökür və sevdiyinin barmağına üzük taxır. Özü də universitetin bufetində.

Unikal.org-un xezerxeber.az-a istinadən məlumatına görə, oğlan qıza bufetdə evlənmək təklif edib.

Günel Bəşirova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir. 25 yaşlı Elvin Salamzadə ilə elə sözügedən universitetdə tanış olub. Türkiyədə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan Elvin, təkifi tanış olduqları gündə etmək qərarına gəlib. Evlilik təklifinin bufetdə edilməsinin də xüsusi səbəbi var.

Bufetdə tanış olduqları üçün təklifi də elə bufetdə edən oğlan, sosial şəbəkələrdə məşhur olacaqlarını gözləmədiklərini deyir.

Elvin və Günel hər ikisi də Şəki şəhərindəndir. Onlar noyabr ayının 1-i nişanlanmağa hazırlaşırlar. Günel universiteti bitirdikdən sonra isə Bəşirovlar ailəsinin qapısında toy çalınacaq.