Tacikistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ölkədə yaşayan cinsi azlıqların bütün nümayəndələrini qeydiyyata alıb.

Unikal.org xəbər verir ki, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin siyahıya alınması "Əxlaq" və "Təmizlik" kod adları ilə keçirilən əməliyyatlar çərçivəsində baş tutub.

Siyahıda 319 homoseksual kişi və 48 lezbiyan qadın yer alıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, geylər və lezbiyanların qeydiyyata alınması onların HİV infeksiyasına yoluxma riskinin yüksək olması və tez-tez tərəf-müqabili dəyişdiklərindən əhalinin həssas təbəqəsinə aid olmaları ilə bağlıdır.("Report)