"Qarabağ - "Atletiko matçının 74-cü dəqiqəsində ağdamlılar azlıqda qalıb.

Unikal.org xəbər verir ki, təmsilçimizin hücumçusu Dino Ndlovu rəqib müdafiəçi Dieqo Qodinlə mübarizədə yerdə qalsa da, matçın baş hakimi bunu simulyasiya kimi qiymətləndirib.

Nəticədə afrikalı forvard ikinci sarı vərəqədən sonra meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.(yenicag.az)