Ukraynanın Xarkov şəhərində minik avtomobili kütləyə çırpılıb.

Unikal.org-un  "112 Ukrayna telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Sumskaya küçəsində qeydə alınan hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.