"Maşın şounun efirində daha bir qalmaqal yaşanıb.

Unikal.org xəbər verir ki, bu dəfə maşın qazanmaq iddiasında olan reper Xose və müğənni Xatunun sözü çəp gəlib.

Mübahisə zamanı Xose Xatuna əlini maşından çəkdiyini və bunun internetdə müzakirə olunduğunu deyib. Maraqlıdır ki, bu ittiham qarşısında Xatun sadəcə "nə gözəl deyərək susmağa üstünlük verib.

Verilişin aparıcısı, şoumen Murad Dadaşov reperdən hansı "əl çəkməkdən söhbət getdiyini soruşduqda isə Xose diqqətli tamaşaçıların bunu yaxşı bildiyini qeyd edib. (yenicag.az)