Yük maşını ilə minik avtomobili TOQQUŞDU - xəsarət alan var

19 Oktyabr 2017 [09:38]


Şabranda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində "Shacman" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər "Shacman" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.










SON XƏBƏRLƏR davamı
2017-11-18
2017-11-17










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)