Dünyanın bir sıra ölkələrində çimərliklərdə çılpaq gəzmək qadağandır.

Unikal.org xarici mətbuata istinadən çılpaq günəş vannası qəbul etmək, dənizdə bu formada üzməsinə icazə verilən plajların siyahısını oxuculara təqdim edir. 

1. Qızıl çimərlik (Sight Beach), Krit-Yunanıstan

Yunanistanın Kirit adasında yerləşən Qızıl plaj çılpaqlığlığa meyl göstərən bir yer.Çimərlik 300 metr uzunluğundadır. Bu plaja hər kəs daxil ola bilməz. Daxil olanlar yalnız çılpaq formada olmalıdır.

2. Plakias Beach, Krit-Yunanıstan

Plakias çimərlik Yunanıstanın ən uzun çimərliklərindən biridir. Plakiasın ümumi uzunluğu 1,3 kilometrdir.

3. Rovinj çimərliyi - Xorvatiya

Xorvatiyanın Dalmatian vilayətinin ən məşhur plajlarından biridir. Qadınlar bu çimərliyi daha çox sevir.

4. Wreck Beach, Vancouver-Kanada

Bu çimərlik Kanadanın Vankuver vilayətində yerləşir və şəhərdən 15 dəqiqəlik məsafədə yerləşir. Şimali Amerikanın ən uzun sahil çimərliyidir.

5. Cap d'Agde - Fransa

Fransada yerləşən və dünyanın ən məşhur yerindən olan Cap d'Agde çimərliyinə hər il on minlərlə turist axın edir.

6. Aaulover, Florida-ABŞ

Bu çimərlik Amerikanın cənub-şərqində yerləşən Florida ştatına daxildir. Bir milyona yaxın adam hər il bu çimərliyə gəlir.

7. Bellevue, - Danimarka

Soyuq iqlimə baxmayaraq Danimarka həqiqətən möhtəşəm çimərlikləri olan bir ölkədir. Bellevue bu çimərliklərin ən məşhurudur. 700 metr uzunluğuna malik olan çimərlik paytaxt Kopenhagendən 10 kilometr aralıqda yerləşir. 

8. Riviera Maya,- Meksika

Bu çimərliyə insanlar gizli cənnət adını da veriblər. Burada bir otel fəaliyyət göstərir. Otelin xidmətlərindən istifadə edən hər kəs bu çimərlikdə çılpaq gəzə bilər.

9. Maui-Havay, - ABŞ

Hawaii, Maui, Little Beach, çimərliklər və dənizkənarı kurortlarla inkişaf edir. Ağ qumu ilə məşhurlaşan çimərlikdə insanlar adətən çılpaq günəşlənməyi xoşlayır.

10. Massarandupio, - Braziliya

Braziliyanın Bahai bölgəsində yerləşir. Braziliyanın ən məşhur çılpaq çimərliklərindəndir. Bu çimərliyə nəqliyyat vasitəsilə gələnlər buraxılmır. Çimərlik rəhəbərinin qərarı ilə, buraya yalnız ən azından bir neçə kilometer yol qət edən insanları buraxılır.

11. Grand Saline, St.Barts - Fransa

Burada dünyanın ən məşhur və varlı adamları dincəlir.

12. Montalivet, - Fransa

Bura Fransanın digər məşhur çılpaq çimərliyidir. 1953-cü ildə Çılpaqlar Federasiyası tərəfindən qurulan bir plaj. Bura hər il minlərlə turist gəlir.