Nyu-Yorkda tarixi görüşlərin şahidi olmuş arenada çoxdan gözlənilən döyüş baş tutacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dekabrın 9-da Madison Square Garden arenasında boksçular Vasyl Lomaçenko və Gilermo Riqondo döyüşəcək. Görüşün pul mükafatının fantastik məbləğ olacağı gözlənilir.

Rəqib boksçular bir-birinə hədələyici atmacaları ilə də diqqət çəkiblər.

Qeyd edək ki, hər iki idmançı həvəskar boksda ikiqat olimpiya çempionudur.