Türkiyənin tanınmış futbol mütəxəssisi, "Xəzər Lənkəranın sabiq baş məşqçisi Oğuz Çətin "Tivibu Spor telekenalında Çempionlar Liqası ilə bağlı proqramda "Qarabağ - "Atletiko matçı (0:0) barədə fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, matçın 75-ci dəqiqəsində, Ağdam klubunun hücumçusu Dino Ndlovunun simulyasiyaya görə meydandan qovulduğu epizodu şərh edən Çətin "görəsən, həmin epizod əks qapı qarşısında yaşansaydı, hakim eyni qərarı verərdi? deyərək, fransalı referi Ruddi Bukenin ədalətsiz qərar verdiyinə işarə edib. O, bundan əlavə, hakimlərin Avropa Liqasının 2014/15 mövsümündə, qrup mərhələsinin "İnterlə oyununda da "Qarabağın əleyhinə qərar verməsini xatırlayıb.