Qazax rayonunda oğurluq hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından Unikal.org-a verilən məlumata görə, bir neçə gün bundan əvvəl Qazaxda Ədalət Hüseynovun evindən qədimi, 1856-cı ilə aid 3 ədəd somavar oğurlanıb. Həmin somavarlar ev sahibinə ulu babasından qalıb.

Hadisə ilə bağlı polis məlumatlandırılıb.

Qeyd edək ki, Ə.Hüseynov təqaüddə olan sabiq polis sahə rəisi vəzifəsində çalışıb.

Somavarları oğurlanan keçmiş sahə rəisi Ə.Hüseynov Unikal.org-a faktı təsdiqləyib: 

"Somavarların kim tərəfindən oğurlandığı bilinir. Amma sözügedən şəxs gizləndiyindən, onun tapılıb istintaqa cəlb edilməsi hələki mümkün olmayıb.

Xatırladaq ki, oğurlanan somavarların bazar qiyməti (hər biri) 15-30 min manat dəyərində dəyişir.