Aşıq Namiq Fərhadoğlu özünə bahalı avtomobil alıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi yeni aldığı "Gelandewagen"in qiymətini də açıqlayıb. Mətbuatda avtomobilin qiymətinin çox baha yazıldığını xatırlandan aşıq bunları deyib:

"Bu maşını bir yaxın dostumuz satıb. 70 min dollara deyirdi, amma 65 min dollara aldım. Allah olmuyanlara da qismət eləsin. 20 ildir peşəkar səhnədəyəm, bir "vilisimiz" də olmasın?"