Yaponiyada dünyada ilk dəfə olaraq nəhəng döyüş robotlarının döyüşü baş tutub.

Unikal.org riafan.ru saytına istinadən məlumatına görə, bu döyüşdə yaponiyalı və amerikalı mühəndislər iştirak ediblər.

Tokionun şərəfini "Kuratas robotunu tərtib etmiş "Suidobashi Heavy Industry şirkəti qoruyub. ABŞ-ın "MegaBots Inc şirkətindən olan mühəndislər arenaya kiçik "Iron Glory və onun davamçısı "Eagle Prime robotunu çıxarıblar.

"Ridus nəşri bildirir ki, mübarizə fəaliyyətsiz poladtökmə zavodunun həyətində keçirilib. İlk raundda "Kuratas asanlıqla "Iron Gloryni nokauta göndərib. Ancaq ikinci raundda qələbəyə "Eagle Prime robotu layiq görülüb. Onun pilotu benzinlə işləyən mişarı işə salıb.

Xatırladaq ki, bundan əvvəl rusiyalı alimlər robotların hüquqlarını İnsan Hüquqları Bəyannaməsinə daxil etməyi təklif ediblər.(lent.az)