Fransız aktrisa və müğənni Daniel Darye vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 100 yaşlı aktrisa evində ölü tapılıb.

Məlumata əsasən, Danielin son zamanlar vəziyyəti bir müddət əvvəl evində yıxıldıqdan sonra pisləşib.

Qeyd edək ki, D.Darye ilk dəfə aktrisalığa 1931-ci ildə "Bal filmi ilə başlayıb. O, karyerası boyunca 140-dan çox filmdə rol alıb. Həmçinin musiqi fəaliyyəti ilə məşğul olan ulduz 20 albom sahibidir.