Avropa Ətraf Mühit Agentliyinin hesabatına əsasən, Çexiya Respublikası ərazisindəki hava Avropa İttifaqına üzv ölkələrdə ən çirkli hava olaraq qalır və sağlamlıq üçün böyük təhlükə yaradır.

Unikal.org xəbər verir ki, mütəxəssislərin fikrincə, 2014-cü ildə 400 min avropalının, o cümlədən 10 min çexiyalının ölüm səbəbi hesab edilən xırda tozla (PM2,5 hissəcikləri) çirklənmə daha çox təhlükəlidir. Çirklənmənin əsas mənbələrindən biri kənd təsərrüfatıdır. Bununla yanaşı, Çexiya və Slovakiya Aİ-yə üzv ölkələr arasında kənd təsərrüfatı müəssisələrinin adambaşına düşən sayına görə öndə gedir.

Agentliyin hesabatında, həmçinin qeyd olunur ki, 2015-ci ildə Aİ şəhərlərinin çoxunda havanın çirkliliyi yol verilən normalara uyğun olub. Lakin Çexiya atmosferi PM2,5 ilə daha çox çirklənən ölkələr arasındadır. Bu siyahıya Bolqarıstan, Polşa, Slovakiya, Macarıstan və İtaliyanın bəzi vilayətləri də daxildir.