"AvtoVAZ" şirkəti Rusiyada 20 minə yaxın avtomobili geri çağırıb.

Unikal.org-un  məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin akkumlyatora mümkün sürtünməsi ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin fevralından satılmış "Lada Xray" modellərinə şamil olunur.

Bu avtomobillərdə akkumulyator kənarlarına qoruyucu lentlər ödənişsiz yapışdırılacaq.