Sürdüyü avtomobilin bomba ilə partladılması nəticəsində həlak olan maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qaliziyanın oğulları, təklif edilən bir milyon avroluq mükafatdan imtina ediblər.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, onlar Maltanın Baş naziri Josef Muskatın istefasını tələb ediblər.

53 yaşlı Dafnenin oğlu Metyu Karuananın feysbukda paylaşdığı və qardaşları Endryu və Polun imzaladığı bəyanatda "Malta liderləri tərəfindən fasiləsiz təyziq altındayıq yazıblar.

Onlar "anamızı həmişə susdurmağa çalışan insanlar ədaləti təmin edə bilməzlər deyə bildiriblər.

Xatırladaq ki, Dafne Karuananın avtomobili evindən çıxdıqdan sonra partladılıb. O, siyasətçiləri korrupsiyada ittiham edən bloquna görə məhşurlaşmışdı. Baş nazir Josef Muskat da Dafne tərəfindən korrupsiyada ittiham olunub, amma o bu iddiaları təkzib edib.