Rusiya Ukrayna ilə konstruktiv dialoqu bərpa etməyə hazırdır, Rusiya üçün sərhədində heç bir münaqişə gərək deyil. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin "Valday diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.
"Gəlin konstruktiv, məzmunlu, diplomatlar demişkən, substantiv dialoqa qayıdaq. Biz hazırıq, bunu böyük məmnuniyyətlə edəcəyik, bu nə qədər tez baş versə, o qədər yaxşıdır, - deyə Putin qeyd edib.

"Rusiya Ukraynanın simasında dost dövlət görmək istəyir, - deyə Rusiya prezidenti əlavə edib.