Ölmək üzərə olan və bir müddətdir hərəkətsiz vəziyyətdə yatan 59 yaşlı şempanzenin reaksiyası hər kəsi təəccüləndirib.

Unikal.org xarici mətbuta istinadən xəbər verir ki, 1972-ci ildən bəri tanıdıyğı baxıcısını gördüyü zaman verdiyi təpki izləyənləri duyğulandırıb.

Bildirilir ki, "Mama adlı şempanze bir müddətdir yemək yeməkdən və su içməkdən imtina edib. Yaşlı heyvanın öləcəyini eşidən keşmiş baxıcısı Jan van Hoof köhnə dostunu ziyarət etmək üçün zooparka gedib.