Bakıda qadının çantasını oğurlayan məktəbli azadlığa buraxıldı

20 Oktyabr 2017 [11:34]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Rzaqulu Allahquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org report-a istinadən xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Allahquliyevin barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror Sabir Abdinov R.Abdullayevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman rayonun S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.
Daxili İşlər Nazirliyinin yaydığını məlumata görə, zərərçəkəmişin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı polis baş serjantı Şakir Həsənov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.
Polis əməkdaşının çevikliyi sayəsində cinayəti törədən şəxsi hadisə yerindən bir neçə yüz metr kənarda yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutlarla birlikdə ərazi üzrə yaxınlıqdakı Polis Bölməsinə təhvil verib. Bölmədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törədərək qaçmağa cəhd göstərən şəxsin Xızı rayon sakini Rzaqulu Allahquliyev olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.
Onu da əlvaə edək ki, R.Allahquliyev 11-ci sinif şagirdidir.









SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)