Bir neçə gün bundan əvvəl Şimali İraqın Zap bölgəsində türk əsgəri 26 yaşlı İlhan Sezer şəhid olub.

Unikal.org xəbər verir ki, Türkiyə mətbuatı şəhid hərbiçi ilə bağlı tükürpədən məlumat yayıb.

Hələ 8 günlük evliykən şəhid olan hərbiçi İlhan Sezerin vəsiyəti ilə məzarı üzərinə çox sevdiyi həyat yoldaşının bəyaz gəlinliyi örtülüb.

O sonuncu dəfə həyat yoldaşıyla danışarkən "Əgər şəhid olarsam gəlinliyini məzarıma ört deyib.

Şəhidin bu vəsiyyəti hər kəsi göz yaşına boğub.