Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faiz həcmində və ya 4068,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

Unikal.org-un məlumatına görə, bu barədə 2018-ci il üçün dövlət və icmal büdcələri layihəsində nəzərdə tutulub.

Bu vəsaitinin 2738,7 milyon manatı və ya 67,3 faizi milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə sərf olunacaq.