UEFA "Qarabağın ÇL-in qrup mərhələsindəki rəqiblərindən "Roma ilə bağlı araşdırmaya başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı qitənin ali futbol qurumunun saytı yayıb. Araşdırmaya səbəb, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilmiş "Çelsi - "Roma oyununda "canavarların fanatlarının irqçi şüarlar və mahnı səsləndirməsi olub.

Xatırladaq ki, Londondakı "Stemford Bric stadionunda baş tutan oyun 3:3 hesablı bərabərliklə bitib.