"Mən, X siniflər üçün rusca nəşr olunmuş "Всеобщая история ("Ümumi tarix) dərsliyində yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunmasını eşidəndə çox təəccübləndim.

Bunu Unikal.org-a Tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olmuş, akademik Teymur Bünyadov deyib. O hesab edib ki, məktəb dərsliyində belə yanlışlığa yol verilməsi düzgün deyil:

"Ayb olsun!Belə olmaz?Diqqətli olmaq lazımdır! Gərək hər bir addımımızda, hər bir hərəkətimizdə, davranışımızda diqqətli olaq. Biz çox dəhşətli bir düşmən ölkə ilə üz-üzəyik. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və digər maddi-mənəvi dəyərlərimizlə ilə yanaşı, tariximizə də böyük zərbə vurub. Bizim tarixi abidələrimizi, tarixi dərsliklərimizi, xəritələrimi düşmən ölkə özünküləşdirir. Belə olduğu halda biz yanlışlığlara yol verməməliyik. Amma təəssüflər olsun ki, bizim elə işlərimiz var ki, nöqsanlarla doludur və düşmən quyusuna su tökmək kimi bir şeydir. Ehtiyatlı olmaq lazımdır. Elə etmək lazımdır ki, düşmənin əlinə yenidən silah verməyək. Çox yaxşı olar ki, məktəb dərsliklərinin hazırlanması peşəkarlara həvalə edilsin. Bizim çox yaxşı tarixçilərimiz var. Onlar tək Respublikada, Sovetlər Birliyində deyil bütün dünyada adlarla tanınırlar.

Teymur Bünyadov bu məsələdə məsuliyyət daşıyan qurumları tarix dərsliklərin hazırlanmasını sözügedən tarixçilərə həvalə edilməsinə çağırıb: "Gəlin, elə adamlarda müəllif seçək ki, onlar tariximizi əzbər bilsinlər. Tarixi bilmək şərt deyil. Azərbaycan dilini bilmək lazımdır. Azərbaycan dilində elə yazmaq lazımdır ki, tələbələr cümləni qavrasınlar. Dildə bir səlislik, şirinlik olsun.

Tarix elmləri doktoru, professor İlyas Babayev də Unikal.org-a açıqlamasında bildirib ki, əvvəllər Təhsil Nazirliyində Metodoloji Şura var idi və özü də həmin şuranın üzvü olub:

"Bununla belə, orta və ali məktəb dərsliklərinin müəllifi olmuşam. Dərsliklər hazırlanıb çapa göndərilməmişdən əvvəl sözügedən Metodoloji Şurada özüm də daxil olmaqla, müzakirə edir və yanlışlıqları düzəldirdik. Bundan sonra dərsliklərin çapına razılıq verilirdi. Hesab edirəm ki, belə bir qurumun Təhsil Nazirliyində fəaliyyət göstərməməsi sözügedən problemlərə yol açır.

İlyas Babayev Təhsil Nazirliyini bu məsələdə diqqətli olmağa və dərslikləri çapa göndərilməmişdən əvvəl müzakirə edilməsinə çağırıb:

"Hesab edirəm ki, müzakirələr olanda artıq xərc də çıxmır. Yəni, dərsliklər çap olunmamışdan əvvəl müzakirə edilir və yenidən çapa ehtiyac qalmır. Odur ki, müzakirə edilməmiş dərslikləri tirajlamaq düzgün deyil. Mən xəritə məsələsi ilə bağlı Akademiyada aparılan müzakirələrdə iştirak etdim və öz təklifimi verdim. Bildirdim ki, Təhsil Nazirliyində hər hansısa bir tarix dərsliyini çapa göndərməmişdən əvvəl ilk variantı tarixçilərlə müzakirə etməlidir. Nə qədər dərsliklər müzakirə olunmamış böyük tirajla çap edilir. İndiki dövürdə kitab çapı çox baha başa gəlir. Təbii ki, müzakirə olunmamış kitablarda da ciddi yanlışlıqlar olur və bu qeydə alınan zaman yenidən məktəblərdən yığılaraq geri qaytarılır. Baxıldıqdan, əlavə düzəlişlər edildikdən sonra yenidən çapa verilir. Təbii ki, dövlət hansısa yanlışlıq səbəbindən milyonlarla vəsait itirirXalqın pullarını havaya sovurmaq olmaz? Təhsil Nazirliyinə nə deyim Vallah.